Rusiya prezidenti Azərbaycanda rus dilinə göstərilən diqqətdən məmnundur

Rusiya prezidenti Azərbaycanda rus dilinə göstərilən diqqətdən məmnundur
# 13 avqust 2013 15:27 (UTC +04:00)

APA-nın “İnterfaks”a istinadən verdiyi məlumata görə, bu sözləri Rusiya prezidenti Vladimir Putin Azərbaycan prezidenti İlham Əliyevlə görüşdə deyib. O bildirib ki, Azərbaycanda rus dilinin inkişafına, rusca təhsilin saxlanmasına və bu sahədə birgə işə çox böyük diqqət yetirilir, məktəblərdə rus dili tədris olunur, Rusiya ali məktəblərinin filialları fəaliyyət göstərir.

V. Putin aparıcı nazirliklər və dövlət idarələrinin rəhbərlərinin daxil olduğu Rusiya nümayəndə heyətinin tərkibinə də diqqət çəkib: “Bu gün biz belə geniş tərkibdə fikir mübadiləsi aparırıq ki, əməkdaşlığımızı intensivləşdirmək üçün nələr etməliyik. Əminəm ki, bu, perspektivə hesablanmış faydalı iş olacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR