“Müsəlman qardaşları” liderinin edam hökmü təsdiqlənib

“Müsəlman qardaşları” liderinin edam hökmü təsdiqlənib
# 21 iyun 2014 12:51 (UTC +04:00)

Bakı-APA. Misirdə zorakılığa təşviq və sərhəd-keçid məntəqələrinə hücumda təqsirləndirilən “Müsəlman qardaşları” hərəkatının lideri Məhəmməd Bedii də daxil olmaqla, 183 nəfər fəalla bağlı edam qərarı təsdiqlənib.

APA-nın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, Misir Cəza Məhkəməsi aprelin 29-da aralarında M. Bedii və “Müsəlman qardaşları”nın siyasi qanadı olan Azadlıq və Ədalət Partiyasının baş katibi Saad əl-Katatninin olduğu 683 nəfər haqqında edam hökmü verib.

Misir qanunlarına əsasən, edam hökmü ilə bağlı qərarlar Misir müftisinə göndərilir və müftinin rəyi alındıqdan sonra məhkəmə son qərarını verir.

Minye Cəza Məhkəməsinin bu gün açıqlanan qərarına əsasən bundan öncə edam cəzası verilmiş 683 nəfərdən 496 nəfərə bəraət hökmü verilib, ikisi qadın olmaqla, 4 nəfər ömürlük həbsdən məhrum edilib, 183 nəfərin isə edam hökmü təsdiqlənib. Bu gün 683 nəfərin taleyini müəyyən edən məhkəmə prosesi cəmi 15 dəqiqə davam edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR