Azərbaycan Silahlı Qüvvələrinə Yardım Fonduna toplanan vəsait 62,6 milyon dollara çatıb

Azərbaycan Silahlı Qüvvələrinə Yardım Fonduna toplanan vəsait 62,6 milyon dollara çatıb
# 02 dekabr 2013 09:00 (UTC +04:00)

Bu barədə APA-ya Müdafiə Nazirliyindən məlumat verilib.

Fondun Azərbaycan valyutası ilə hesabındakı vəsait dekabrın 1-i tarixinə 48 988 202 manat, ABŞ valyutası ilə hesabındakı vəsait 211 791 dollar, avro hesabındakı vəsait isə 593 avro təşkil edib. ABŞ dolları və avro hesablarındakı vəsaitin həcmində dəyişiklik olmayıb. Rus rublu ilə olan hesaba isə mədaxil olmayıb.

Bununla 1 dekabr tarixinə Silahlı Qüvvələrə Yardım Fondunun vəsaitləri 62 milyon 665 min 678 ABŞ dollarına çatıb.

Qeyd edək ki, Silahlı Qüvvələrə Yardım Fondu Azərbaycan prezidentin 17 avqust 2002-ci il tarixli sərəncamı ilə yaradılıb. Sərəncama əsasən, Silahlı Qüvvələrə Yardım Fondu respublika ərazisində fəaliyyət göstərən fiziki və hüquqi şəxslərdən könüllü olaraq daxil olan vəsait və qanunvericiliklə qadağan olunmamış digər daxilolmalar hesabına formalaşır.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR