Sumqayıtda ölümlə nəticələnən yol qəzası baş verib

Sumqayıtda ölümlə nəticələnən yol qəzası baş verib
# 02 oktyabr 2013 09:38 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Sumqayıtda ölümlə nəticələnən yol qəzası baş verib. Sumqayıt şəhər Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə oktyabrın 1-də saat 18.00 radələrində Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini Fariz Hüseynov idarə etdiyi “Volkswagen” markalı avtomobillə yolu keçən həmyerlisi Şahləddin Babayevi və ona məxsus 2 baş keçi və 1 baş qoyunu vurub. Sonra sürücü idarəetməni itirdiyindən maşını aşırıb. Nəticədə Ş.Babayev hadisə yerində dünyasını dəyişib, xəsarət almış F.Hüseynov isə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR