Azərbaycan XİN ABŞ-ın yeni həmsədr təyin etməsinə münasibət bildirib - APA TV

Azərbaycan XİN ABŞ-ın yeni həmsədr təyin etməsinə münasibət bildirib - <span style="color: red;">APA TV
# 06 avqust 2013 09:12 (UTC +04:00)

APA-nın xəbərinə görə, bu sözləri Ceyms Uorlikin (James Warlick) ATƏT-in Minsk Qrupunun yeni amerikalı həmsədri təyin olunmasına münasibət bildirən Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Elman Abdullayev deyib.

E. Abdullayev bildirib ki, həmsədr ölkələrin hər birinin münaqişənin həllinə öz yanaşması var və həmsədr vəzifəsində çalışan diplomatın kimliyindən asılı olmayaraq bu, dəyişməz qalır: “Hər diplomat öz ölkəsinin missiyasını yerinə yetirir. Bununla yanaşı, təbii ki, peşəkarlıq və insan faktorları da kifayət qədər önəmlidir”.

Mətbuat katibi qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsinin həll olunmamış qalmasının kökündə Ermənistanın qeyri-konstruktiv mövqeyi dayanır və Azərbaycan buna beynəlxalq ictimaiyyətin lazımi reaksiya verməməsindən narahatdır.

Xatırladaq ki, avqustun 5-də ABŞ dövlət katibi Con Kerri Ceyms Uorlikin ATƏT-in Minsk Qrupunun həmsədri təyin edildiyini açıqlayıb. Bundan əvvəl amerikalı həmsədrin səlahiyyətlərini Yan Kelli yerinə yetirirdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR