Azərbaycanda tikinti sektorunda bədbəxt hadisələr nəticəsində 19 nəfər ölüb, 24 nəfər xəsarət alıb

Azərbaycanda tikinti sektorunda bədbəxt hadisələr nəticəsində 19 nəfər ölüb, 24 nəfər xəsarət alıb
# 21 oktyabr 2013 14:33 (UTC +04:00)

Bu barədə APA-ya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.

Məlumata görə, iş yerlərində əmək qanunvericiliyinə, o cümlədən əməyin təhlükəsizliyi tələblərinə əməl olunmasına dövlət nəzarətinin gücləndirilməsi, bu sahədə sosial tərəfdaşlarla birgə səylərin artırılması istehsalatla əlaqəli bədbəxt hadisələrin sayının azalması ilə müşayiət olunur.

Belə ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən aparılmış təhqiqatlar nəticəsində istehsalatla əlaqəli hesab edilmiş bədbəxt hadisələrin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə cari ilin 9 ayında 153-dən 128-ə enib. İstehsalatla əlaqəli bədbəxt hadisələr zamanı xəsarət alanların sayı 30 nəfər azalaraq 90 nəfər təşkil edib.

Qeyd olunan dövrdə əməyin mühafizəsi ilə bağlı tikinti sektorunda müsbət dinamika olaraq, bu sektorda baş vermiş bədbəxt hadisələrin sayı 55-dən 39-a, həmin hadisələr nəticəsində dünyasını dəyişənlərin sayı 26 nəfərdən 19 nəfərə, xəsarət alanların sayı 39 nəfərdən 24 nəfərə enib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR