İsmət Abasov: “Rusiyada miqrantlarla bağlı tədbirlər Azərbaycanın kənd təsərrüfatına təsir etməyib” - APA TV

İsmət Abasov: “Rusiyada miqrantlarla bağlı tədbirlər Azərbaycanın kənd təsərrüfatına təsir etməyib” - <span style="color: red;">APA TV
# 13 sentyabr 2013 12:32 (UTC +04:00)

Gəncə. Azər Məmmədli – APA. “Rusiyadan miqrantların çıxarılması və bu ölkədə bir neçə bazarın fəaliyyətinin dayandırılması Azərbaycanda kənd təsərrüfatı məhsullarının ixracına təsir etməyib”. APA-nın qərb bürosunun məlumatına görə, bunu kənd təsərrüfatı naziri İsmət Abasov Samux rayonuna səfəri zamanı bildirib.

Nazir qeyd edib ki, Azərbaycanda istehsal edilən kənd təsərrüfatı məhsullarının müəyyən hissəsi Rusiya bazarlarına ixrac edilir və bu ölkədə miqrantlarla bağlı həyata keçirilən tədbirlər respublikada ixracata heç bir təsir etməyib: “Rusiyada ola bilər ki, hansısa bazar fəaliyyətini dayandırsın. Bu işlər o ölkənin qanunları çərçivəsində həyata keçirilir. Azərbaycanda istehsal edilən kənd təsərrüfatı, xüsusən bostan, tərəvəz və meyvə məhsulları keyfiyyətinə görə ənənəvi olaraq Rusiya bazarlarına ixrac edilir və o ölkədə bizim məhsullara tələbat var”

Nazir qeyd edib ki, hər il Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalı təxminən 6% artır. İsmət Abasov bundan sonra da xaricə kənd təsərrüfatı məhsullarının ixracının artırılacağını bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR