Səudiyyə Ərəbistanının Azərbaycandakı səfiri AMEA-nın Əlyazmalar İnstitutunda olub

Səudiyyə Ərəbistanının Azərbaycandakı səfiri AMEA-nın Əlyazmalar İnstitutunda olub
# 24 yanvar 2014 12:16 (UTC +04:00)

Bakı - APA. Yanvarın 23-də Səudiyyə Ərəbistanı Krallığının Azərbaycandakı səfiri Müsaid bin İbrahim əs-Süleym AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunu ziyarət edib.

APA-nın xəbərinə görə, səfir institutun direktor əvəzi, filologiya elmləri doktoru Paşa Kərimovla söhbət edib, əlyazmalar sərgi­sinə baxıb.

Söhbət zamanı Səudiyyə Ərəbistanı ilə Azərbaycanın vahid bir İslam mədə­niy­yətini təmsil etməsi, vətənimiz müstəqilliyinə qovuş­duq­dan sonra iki ölkə arasında mədəni əla­qələri dərinləşdirmək imkanlarının xeyli genişlənməsi xüsusi olaraq vurğulan­ıb. Səfir Əlyazmalar İnstitutunda saxlanan zəngin irsin qorunması, təmsil etdiyi ölkənin qurumları ilə müvafiq müqavilələrin bağlanması sahəsində əlindən gələn köməyi əsirgəməyəcəyini vəd edib.

Öz növbəsində Paşa Kərimov səfirə minnətdarlığını bildirib, əlyazmaların bərpası və dijitallaşdırılması sahəsində yardıma ümid etdiyini söyləyib.

Sonda hər iki tərəf belə görüşlərin sayını artırmaq qərarına gəlindiyini bildir­ib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR