«Albalı» kartlarının sahibləri üçün uduşlu lotereya keçirilir

«Albalı» kartlarının sahibləri üçün uduşlu lotereya keçirilir
# 25 oktyabr 2013 13:39 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın «Unibank» ASC «Albalı» kart sahibləri üçün «Albalı kartınızla alış-veriş edin və qazanın» tirajlı stimullaşdırıcı lotereya keçirir. Bankdan «APA-Economics»ə verilən məlumata görə, dekabrın 31-dək davam edəcək aksiya müddətində «Albalı» kartı ilə minimum 10 manatlıq alış-veriş edən hər kəs lotereyada iştirak edə bilər.

Əməliyyatın hər 10 manatı bir şans kimi qiymətləndirilir («28 Mall Albalı» ilə «28 Mall»da edilən belə əməliyyat isə iki şans kimi dəyərləndiriləcək). Məsələn, müştəri «Albalı» ilə 25 manatlıq alış-veriş edibsə, onun lotereyada 2 iştirak şansı olacaq. Bu həcmdə əməliyyat «28 Mall Albalı» kartı ilə «28 Mall» Ticarət Mərkəzində aparılarsa, həmin müştərinin lotereyada iştirak üçün 4 şansı yaranır.

Lotereya 1 tirajdan ibarətdir. Ümumi uduş fondu 10 min manat olan lotereyanın 35 qalibi olacaq. Beş qalib hərəsi 1 000 manat, 5 qalib 500 manat, 25 nəfər 100 manat pul mükafatı əldə edəcəklər. Uduş tirajı gələn ilin yanvarın 15-də «Unibank»ın R.Behbudov küəçəsi,55 ünvanında yerləşən baş ofisində keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR