Avropada son 19 ayda ilk dəfə avtomobil satışı artıb

 Avropada son 19 ayda ilk dəfə avtomobil satışı artıb
# 27 may 2013 13:59 (UTC +04:00)

Bakı. Əli Əhmədov – APA-Economics. Bu ilin aprel ayında Avropa İttifaqı ölkələrində 2011-ci ilin sentyabr ayından ilk dəfə avtomobillərin satışı artıb. «APA-Economics»in Avropa Avtomobil İstehsalçıları Assosiasiyasına (ACEA) istinadən məlumatına görə, apreldə satılan avtomobillərin sayı marta nisbətən 1,7% artaraq 1,04 mln. ədəd olub.

Ümumilikdə, yanvar-aprel aylarında Avropa İttifaqında 4,03 mln. avtomobil satılıb ki, bu da ötən ilin eyni dövrünə nisbətən 7,1% azdır.

Ötən ay avtomobil satışları ən çox Yunanıstanda (+20,9%), Böyük Britaniyada (+14,8%), İspaniyada (+10,8%) və Almaniyada (+3,8%) artıb. Bununla yanaşı, yanvar-aprel aylarında satışın ötən ilə nisbətən artımı yalnız Böyük Britaniyada (+8,9%) qeydə alınıb.

Ötən ay Avropanın ən böyük avtomobil bazarı Almaniya olub – burada 284 444 maşın satılıb. Sonrakı yerləri Britaniya (163 357) və Fransa (157 749) tutub.

Avtomobil satışının həcminə görə şirkətlər arasında lider əvvəlki kimi «Volkswagen»dir. Şirkətin satışları apreldə 9,9% artaraq 274 925 avtomobilə çatıb. O cümlədən, şirkətə aid brendlər - «Volkswagen» markasının satışı 6,3%, «Seat»ın 37,5%, «Audi»nin 8,5% artıb, «Skoda»nın satışı isə əksinə, 0,3% azalıb.

Apreldə «Renault»un satışı 5,3%, «Daimler»in (10,7%), «Jaguar Land Rover»in (16,4%), «Hyundai»ın (2,2%), «Kia»nın (7,2%), «Toyota»nın (5,3%), «Honda»nın (5,2%), «Nissan»ın (5,8%) və «Mazda»nın (9,7%) satışı artıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR