Qaraçuxur qəsəbəsində güclü yanğın olub - FOTOSESSİYA - VİDEO

Qaraçuxur qəsəbəsində güclü yanğın olub - <span style="color: red;">FOTOSESSİYA  - <span style="color: red;">VİDEO
# 24 yanvar 2014 20:55 (UTC +04:00)

APA-nın məlumatına görə, yanğın Kamil İsmayılov küçəsi 17 ünvanında qeydə alınıb. Əraziyə Fövqəladə Hallar Nazirliyinin Suraxanı rayon dövlət yanğından mühafizə hissəsinin 4 yanğın söndürən maşını və canlı qüvvəsi cəlb olunub.

Qonşuluqdakı üç evə keçən yanğının miqyası böyük olduğundan, əraziyə ehtiyat qüvvə cəlb olunub.

Suraxanı rayon dövlət yanğından mühafizə hissəsindən APA-ya verilən məlumata görə, yanğın nəticəsində xəsarət alan olmayıb. Kamil İsmayılov küçəsi 17 ünvanında bir-birinə yaxın yerləşən evlərin 3-ü yanaraq yararsız hala düşüb.

Yanğınsöndürənlərin səyi nəticəsində yanğın qısa bir zamanda söndürülüb və güclü alovun dördüncü evə keçməsinin qarşısı alınıb. Yanğının nə səbəbdən baş verdiyi aparılan araşdırmadan sonra məlum olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR