Bolqarıstanda nəşr olunan “Standart” qəzetində “Şahdəniz 2” layihəsi haqqında məqalə dərc olunub

Bolqarıstanda nəşr olunan “Standart” qəzetində “Şahdəniz 2” layihəsi haqqında məqalə dərc olunub
# 28 fevral 2014 16:52 (UTC +04:00)

Bakı. Anaxanım Hidayətova - APA. Azərbaycanın Bolqarıstandakı səfirliyinin təşəbbüsü ilə Bolqarıstanda nəşr olunan “Standart” qəzetində “Bolqarıstan “Şahdəniz 2” layihəsindən qaz alacaq” adlı məqalə dərc olunub.

XİN mətbuat xidmətindən APA-ya verilən məlumata görə, məqalənin müəllifi sözügedən qəzetdə beynəlxalq şöbənin müdiri, jurnalist Lyubomir Mixaylovdur.

Məqalədə son illər ərzində Azərbaycan ilə Bolqarıstan arasında müxtəlif sahələr üzrə münasibətlərin inkişafına toxunan müəllif Bolqarıstan baş nazirinin son 3 ayda Azərbaycana 2 dəfə səfər etdiyini bildirib və ilk səfər zamanı onun “Şahdəniz” layihəsinin ikinci mərhələsi üzrə yekun investisiya sazişinin imzalanma mərasimində iştirak etdiyi qeyd olunub.

Azərbaycan qazının Türkiyə, Rusiya və İrana ixrac edildiyini qeyd edən müəllif ölkəmizin təbii qazının Aİ ölkələrinə də çatdırılmasında Bolqarıstanın maraqlı olduğunu vurğulayıb. Məqalədə enerji sektorunun Azərbaycan-Bolqarıstan münasibətlərində ən mühüm sahə olduğu, lakin yüngül sənaye, turizm və kənd təsərrüfatı sahəsində də əlaqələrin qurulmasının əhəmiyyət kəsb etdiyi bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR