Zəlimxan Yaqub: “Donor tapılmaması ilə bağlı yazılanlar yalandır”

Zəlimxan Yaqub: “Donor tapılmaması ilə bağlı yazılanlar yalandır”
# 10 sentyabr 2013 11:00 (UTC +04:00)

Bakı. Cavid Zeynalov – APA. “Böyrək donorunun tapılmaması ilə bağlı yazılanlar yalan söhbətdir”. Bu sözləri APA-ya açıqlamasında xalq şairi Zəlimxan Yaqub deyil.

Z. Yaqub bildirib ki, donor məsələsi ilə bağlı onun verdiyi açıqlamada anlaşılmazlıq yaranıb: “Görünür, məni düzgün başa düşməyiblər. Oktyabrda Almaniyaya gedəcəyəm. Əməliyyat məsələsi qüvvədədir. Həkimlər deyir, özünü qoru. Almaniyada məni bir də yoxlayacaqlar, yekun qərar veriləcək. Donor var, sadəcə, mənim bədənim ona uyğun olmalıdır. Həkimlər yekun müayinəni edib əməliyyat qərarını verəcəklər. Hazırda özümü yaxşı hiss edirəm”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR