Bakıda Belarus səfirliyinin yeni binasının açılışı olub - FOTO

Bakıda Belarus səfirliyinin yeni binasının açılışı olub - <span style="color: red;">FOTO
# 20 noyabr 2013 16:57 (UTC +04:00)

Mərasimdə Azərbaycanın və Belarusun dövlət himnləri səsləndirilib, Belarusun dövlət bayrağı qaldırılıb. Prezidentlər səfirliyin binasının rəmzi açılışını bildirən lenti kəsiblər.

Məlumat verilib ki, səfirliyin binasının inşasına 2012-ci ilin iyununda başlanıb. Dörd mərtəbədən ibarət yeni binada həm səfirlik, həm də konsulluq idarəsi yerləşəcək. Binada səfirliyin əməkdaşlarının səmərəli fəaliyyəti üçün hər cür şərait yaradılıb. Ərazidə diplomatik korpusun nümayəndələri üçün beşmərtəbəli yaşayış binası da inşa edilib.

Prezidentlər səfirliyin binasında yaradılmış şəraitlə tanış olublar. Sonra dövlət başçıları səfirliyin həyətində ağac əkiblər.

Daha sonra İlham Əliyev və Aleksandr Lukaşenko Gəncə avtomobil zavodu ilə Belarusun traktor və avtomobil zavodunun birgə istehsalı olan müxtəlif təyinatlı texnika və avtomobillərlə tanış olublar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR