Azərbaycanda indiyədək 40 min rəqəmli imza sertifikatları verilib

Azərbaycanda indiyədək 40 min rəqəmli imza sertifikatları verilib
# 22 yanvar 2014 09:04 (UTC +04:00)

Bakı. Aynur Əliyeva – APA-Economics. Azərbaycanda bu günə qədər ümumilikdə 40 minə yaxın smart-kart və mobil cihazlar üçün rəqəmli imza sertifikatları verilib. «APA-Economics»in Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, bu barədə RİTN-in Məlumat Hesablama Mərkəzində Milli Sertifikat Xidmətləri Mərkəzinin müdiri Arif Mailov məlumat verib.

Onun sözlərinə görə, dövlət qurumları arasında qarşılıqlı elektron sənəd mübadiləsinin inkişaf templərinin sürətləndirilməsi üçün 2011-ci ilin sentyabr ayında Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin yanında rəqəmli imza sertifikatlarının verilməsi məqsədilə Milli Sertifikat Xidmətləri Mərkəzi (MSXM) yaradılıb. Ötən ilin fevral ayında isə mobil qurğuların (smartfon və mobil planşetlər) vasitəsilə «Elektron hökumət» portalına daxil olmaq üçün sürətli və təhlükəsiz autentifikasiya sistemi təqdim olunub. Nəhayət, 2013-cü ildə Vergilər Nazirliyinin hazırladığı layihə nəticəsində yaradılmış mobil rəqəmli imza üçün sertifikatlaşdırma mərkəzi fəaliyyətə başlayıb.

Qeyd edək ki, MSXM-in əsas funksiyalarına şəxsi açar cütünün generasiyası, son istifadəçinin qeydiyyatı (identifikasiyası), istifadəçilərin açıq açarlarının sertifikasiyası (son istifadəçilər üçün açıq açar sertifikatlarının formalaşdırılması prosesi), sertifikatların (onlara istifadəçilərin girişini təmin etmək məqsədilə) yayımlanması, sertifikatların ləğv edilməsinin (müəyyən səbəblər yarandığı halda sertifikatların dayandırılması və ya ləğv edilməsi) təmin edilməsi, onların qanuniliyinin yoxlanılmasının təmin edilməsi (ləğv edilmiş sertifikatların siyahısının yayımlanması), sertifikatların arxivləşdirilməsi daxildir.

Mərkəzin əlavə funksiyalarına isə imza sahiblərinin açarlarının generasiyası, elektron imzadan imtinanın qeyri-mümkünlüyünün dəstəklənməsinin təmin edilməsi, sertifikat «tarixçəsi»nin idarə edilməsi, vaxt möhürləri, notariat təminatı, mübahisəli məsələlərin araşdırılması aid edilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR