Nazir Fizuli Ələkbərov növbəti vətəndaş qəbulunu Lənkəranda keçirəcək

Nazir Fizuli Ələkbərov növbəti vətəndaş qəbulunu Lənkəranda keçirəcək
# 02 iyul 2013 12:24 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Əmək və əhalinin sosial müdafiəsi naziri Fizuli Ələkbərov növbəti dəfə iyulun 5-də respublikanın Lənkəran rayonunda vətəndaşları qəbul edəcək.

Nazirliyin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, qəbul zamanı bölgədə yerləşən rayonların - Lənkəran, Astara, Lerik, Masallı, Yardımlı, Cəlilabad, Biləsuvar rayonlarının sakinlərinin “Açıq qapı” şəraitində müraciətləri dinləniləcək.

Müraciətlərdə qaldırılan məsələlər nazirliyin müvafiq əməkdaşlarının iştirakı ilə obyektiv və ədalətli şəkildə araşdırılaraq müvafiq tədbirlər görüləcək. Nazirliyin fəaliyyət dairəsinə aid olmayan məsələlərlə əlaqədar müraciətlər müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınacaq.

Qəbulda həmçinin aktiv sosial müdafiə tədbirlərinə, o cümlədən “Özündəstək” proqramına cəlb olunmaq üçün müvafiq potensiallara malik olan aztəminatlı ailələr də müəyyən ediləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR