«Atəşgah» sığorta şirkəti Mərkəzi Klinik Xəstəxananın əmlakını sığortalayacaq

«Atəşgah» sığorta şirkəti Mərkəzi Klinik Xəstəxananın əmlakını sığortalayacaq
# 19 mart 2014 09:16 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən «Atəşgah» sığorta şirkəti Mərkəzi Klinik Xəstəxananın əmlak və peşə məsuliyyəti sığortası üzrə elan etdiyi tenderdə qalıb gəlib.

Şirkətdən «APA-Economics»ə verilən məlumata görə, Tender Komissiyasının qərarına görə, 5 lot - klinika binasının sığortası, tibbi və elektron avadanlığın sığortası, nəqliyyat vasitələrinin kompleks sığortası və peşə məsuliyyətinin sığortası üzrə qalıb «Atəşgah» sığorta şirkəti elan olunub.

Qeyd edək ki, «Atəşgah» sığorta şirkəti 1996-cı ildə təsis edilib. «Atəşgah» və «Atəşgah Həyat» sığorta şirkətləri «Atəşgah» Sığorta Qrupuna daxildir.

Ötən ilin nəticələrinə görə, «Atəşgah» Sığorta Qrupu Azərbaycanda fəaliyyət göstərən sığorta təşkilatlarının renkinqində lider mövqelərdən birini tutur. Bu dövr ərzində qrupun sığorta daxilolmaları 61,2 mln. manat, ödənişləri isə 18 mln. manat təşkil edib. «Atəşgah» Sığorta Qrupu müştərilərinə 20-dən artıq sığorta növü üzrə xidmət göstərir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR