Bakıda keçmiş məhkumdan 7 kq narkotik götürülüb

Bakıda keçmiş məhkumdan 7 kq narkotik götürülüb
# 29 may 2024 15:41 (UTC +04:00)

Bakıda saxlanılan şəxsdə 7 kiloqram marixuana aşkarlanıb.

APA Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı həyata keçirdikləri növbəti əməliyyat zamanı əvvəllər məhkum olunmuş 1972-ci il təvəllüdlü İlqar Rəcəbov saxlanılıb.

Onun üzərindən və sərnişini olduğu avtomobildən tərkibi psixotrop maddələrlə zənginləşdirilən 7 kiloqram narkotik vasitə marixuana aşkarlanıb. İ.Rəcəbov narkotikləri sosial şəbəkələrdə tanış olduğu şəxsiyyəti istintaqla araşdırılan xarici ölkələrdən birinin vətəndaşından satmaq məqsədi ilə əldə etdiyini bildirib.

Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR