Sankt-Peterburqda Özbəkistan vətəndaşı metro jetonuna görə bıçaqlanıb

Sankt-Peterburqda Özbəkistan vətəndaşı metro jetonuna görə bıçaqlanıb
# 27 oktyabr 2013 04:19 (UTC +04:00)

Bakı-APA. Oktyabrın 26-da axşam saatlarında Sankt-Peterburqun “Pionerskaya” metro stansiyası yaxınlığında avtobus dayanacağında naməlum şəxs 21 yaşlı Özbəkistan vətəndaşına bıçaqla xəsarət yetirib.

APA-nın “gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, insidentin təfərrüatlarını aydınlaşdırmaq mümkün olub. Xəsarət almış şəxsin dostlarının bildirdiyinə görə saat 20.00 radələrində bir nəfər yerli sakin dayanacaqda avtobusu gözləyən Özbəkistan vətəndaşına yaxınlaşaraq ondan metro jetonu istəyib. Jetonun olmadığını eşidən şəxs bıçaqla özbəyin qarın nahiyəsinə zərbə endirib. Xəsarət almış şəxs ağır bıçaq yarası ilə təcili tibbi yardım maşını ilə xəstəxanaya çatdırılıb.

Hüquq-mühafizə orqanlarında faktı təsdiqləyərək bildiriblər ki, cinayətkar tək olub və hücumdan dərhal sonra metro istiqamətində qaçaraq hadisə yerindən uzaqlaşıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR