İranla Çin arasında ortaq təhlükəsizlik əməkdaşlıq strategiyası mövzusunda saziş imzalanıb

İranla Çin arasında ortaq təhlükəsizlik əməkdaşlıq strategiyası mövzusunda saziş imzalanıb
# 05 iyul 2013 16:17 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. İranla Çin arasında ortaq təhlükəsizlik əməkdaşlıq strategiyası mövzusunda saziş imzalanıb.

APA-nın İRİB-ə istinadən məlumatına görə, müqavilə iyulun 4-də İran daxili işlər naziri Mustafa Məhəmməd Nəccar və Çinin ümumi təhlükəsizlik naziri Quşanq Kuan arasında bağlanıb. Sazişə əsasən, iki ölkə başda təhlükəsizlik məsələsi olmaqla təşkilati cinayətlərlə mübarizədə əməkdaşlığı inkişaf etdirəcəklər.

M.Nəccar bildirib ki, müqavilə narkotik maddələrin qaçaqmalçılığı, çirkli pulların yuyulması, insan alveri, saxta pasport və s. cinayətlərin qarşısının alınması və digər mövzularda əməkdaşlıq məsələlərini özündə ehtiva edir: “Terrorizm dünya təhlükəsizliyini təhdid edən mühüm mövzudur. İran və Çin bu mövzuda da əməkdaşlıq edəcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR