Qazaxıstan neftini BTC vasitəsilə nəql etmək istədiyini bir daha bəyan edib

 Qazaxıstan neftini BTC vasitəsilə nəql etmək istədiyini bir daha bəyan edib
# 11 dekabr 2013 15:36 (UTC +04:00)

Şirkətdən “APA-Economics”ə verilən məlumata görə, ARDNŞ-ın emal üzrə vitse-prezidenti David Məmmədov Azərbaycanın neft sənayesinin tarixi, eləcə də son illərdə ölkədə həyata keçirilən qlobal və regional əhəmiyyət daşıyan layihələr haqqında ətraflı məlumat verərək, bu layihələr çərçivəsində əldə olunan nailiyyətlərdən, xüsusilə Qazaxıstanın “Kazmunayqaz” şirkəti ilə əlaqələrdən söz açıb.

M.Mirzaqaliyev isə Azərbaycanın iqtisadi inkişaf tempi baxımından mühüm nailiyyətlər qazandığını söyləyərək, ölkədə həyata keçirilən neft-qaz layihələrinin regional və qlobal əhəmiyyətini yüksək qiymətləndirib. Nazir müavini ölkəsində həyata keçirilən neft-qaz layihələrinin perspektivlərindən bəhs edib, “TengizChevroil” şirkətinin hasil etdiyi neftin nəqlini Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə həyata keçirmək arzusunda olduğunu bildirib. Nazir müavini həmçinin son illərdə Azərbaycanda gerçəkləşdirilən qazlaşdırma siyasətinin Qazaxıstanda böyük maraq doğurduğunu və bu təcrübəni öyrənməkdə maraqlı olduqlarını qeyd edib.


Görüşdə tərəfləri maraqlandıran digər məsələlər ətrafında da müzakirələr aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR