Saatlıda yanğın olub

Saatlıda yanğın olub
# 13 dekabr 2013 03:42 (UTC +04:00)

Bakı-APA. Saatlıda yanğın hadisəsi qeydə alınıb. APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, yanğın Saatlı şəhəri, Dəllər kəndində (rayon mərkəzindən 18 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 100 kv.m olan birmərtəbəli 3 otaqlı qamışdan ibarət köməkçi tikilidə baş verib. Nəticədə tikilinin 1 otağının yanar konstruksiyaları 20 kv.m sahədə yanıb. Köməkçi tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR