Goranboyda mağazaya oğurluğa girən şəxs orada yatıb - YENİLƏNİB

Goranboyda mağazaya oğurluğa girən şəxs orada yatıb - <span style="color: red;">YENİLƏNİB
# 22 oktyabr 2013 13:56 (UTC +04:00)

Goranboy. Azər Məmmədli – APA. Goranboy rayonunda mağazadan maraqlı oğurluq hadisə baş verib. APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Dəliməmmədli şəhərinin Azərbaycan küçəsində olub. Şəhər sakini Mövlan Niftalıyev səhər mağazaya gələndə dükanın qapısının açıq olduğunu görüb. İçəri girən dükan sahibi həmyerlisi və qonşusu olan Mahir Rzayev mağazanın döşəməsinin üzərində yatdığını görüb. Mağaza sahibinin sözlərinə görə, qonşusu dükana daxil olandan sonra burada spirtli içki qəbul edərək yatıb qalıb. Mövlan Niftəliyev qapını bağlayaraq qonşuları və yaxınlıqda olan polis əməkdaşlarını köməyə çağırmağa gedib. Səsi eşidən Mahir Rzayev qaçmağa cəhd göstərsə də, polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa cəlb olunub. Oğurluq edən şəxs dükanda olan bir çox ərzaq məhsullarını yerə dağıdıb. Mağaza sahibin bildirdiyinə görə Mahir Rzayev ona 150 manat pul borclu imiş. Dükan sahibi Mövlud Niftalıyev qeyd edib ki, hadisə zamanı 1500 manat dəyərində ziyan dəyib. Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR