Nazir müavini: Azərbaycanda işsizlik səviyyəsi 5% təşkil edir

 Nazir müavini: Azərbaycanda işsizlik səviyyəsi 5% təşkil edir
# 14 iyun 2013 12:41 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Bu gün Azərbaycanda işsizlik səviyyəsi 5% təşkil edir. APA-nın xəbərinə görə, bunu iqtisadi inkişaf nazirinin müavini Sevinc Həsənova Azərbaycan Qadınlarının IV Qurultayında çıxışında deyib. Nazir müavini bildirib ki, əgər 90-cı illərdə hər iki nəfərdən biri yoxsulluq səviyyəsində yaşayırdısa, ötən il bu göstərici 6% təşkil edib. Onun sözlərinə görə, bu göstərici bir çox Avropa ölkələri ilə müqayisədə çox aşağıdır. Nazir müavini qeyd edib ki, bəzi Avropa ölkələrində bu göstərici 15-16% təşkil edir: “Azərbaycan iqtisadiyyatında görülən işlər sahəsində özəl sektor inkişaf edib və nəticədə sahibkarların sayı artıb. Ölkədə sahibkarların sayı 500 minə çatıb və bunun da 15 faizini qadınlar təşkil edir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR