İran vətəndaşına qarşı dələduzluqda ittiham edilən azərbaycanlı iş adamı barəsində yayılan informasiyalara münasibət bildirib

İran vətəndaşına qarşı dələduzluqda ittiham edilən azərbaycanlı iş adamı barəsində yayılan informasiyalara münasibət bildirib
# 05 iyun 2014 10:23 (UTC +04:00)

Bakı. Hafiz Heydərov - APA. İran vətəndaşına qarşı dələduzluq etdiyi iddia olunan azərbaycanlı iş adamı barəsində yayılan informasiyalara münasibət bildirib.

Bu barədə APA-ya açıqlama verən İtaliyada yaşayan azərbaycanlı iş adamı Hamlet Paşayev qeyd edib ki, haqqında yayılan informasiyalar həqiqətə uyğun deyil: “Haqqımda polisə şikayət edən İran vətəndaşı Məhbubi Hamed Manuçehr mənim sürücüm olub. Mən ondan heç vaxt pul almamışam. Əksinə ona hər zaman yardım etmişəm. Bir ay əvvəl Azərbaycanda olarkən Səbail Rayon Prokurorluğuna gedərək ifadə verdim. Prokurorluqda da bildirdim ki, bu adamdan heç vaxt pul almamışam. O mənim işçim olub və hər zaman ona maddi yardım göstərmişəm. Sadəcə, Bakıdakı işlərimiz alınmadığı üçün İtaliyaya qayıtmalı oldum. Qayıdanda da ona da dedim ki, işlərimiz düzəlsin səni yenidən işlə təmin edəcəyəm. Həmin şəxslə aramızda bundan başqa heç nə olmayıb. Bu dələduzluq olayını kim çıxarıb bilmirəm”.

H. Paşayev yaxın günlərdə Azərbaycana qayıdacağını və bu məsələni araşdıracağını qeyd edib.

Qeyd edək ki, APA iyunun 4-də Səbail Rayon Polis İdarəsinə istinadən Bakıda İran vətəndaşına qarşı dələduzluq edilməsi barədə məlumat yayıb. Həmin məlumatda qeyd olunur ki, İran İslam Respublikasının vətəndaşı, 1985-ci il təvəllüdlü Məhbubi Hamed Manuçehr polisə ərizə yazaraq bildirib ki, Azərbaycan Respublikasının vətəndaşlığını almaq üçün ötən ilin sentyabrında Səbail rayonu Mərdanov qardaşları küçəsi, 5 ünvanının qarşısında Goranboy rayon sakini Hamlet Bərxudar oğlu Paşayevə 5000 manat verib, lakin sonuncu dələduzluq edərək pulu qaytarmayıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR