Bakı-Şamaxı yolunda ağır yol qəzası olub, 5 nəfər ölüb, 3 nəfər xəsarət alıb

Bakı-Şamaxı yolunda ağır yol qəzası olub, 5 nəfər ölüb, 3 nəfər xəsarət alıb
# 28 dekabr 2013 13:16 (UTC +04:00)

Bu barədə APA-ya hadisənin şahidi, keçmiş millət vəkili İkram İsrafil məlumat verib.

Onun sözlərinə görə, Qobustan rayonu ərazisində “Jiquli” markalı iki avtomobilin toqquşması nəticəsində 5 nəfər ölüb, 3 nəfər isə xəsarət alıb. Yaralılardan biri əsgər olub.

Baş Dövlət Yol Polisi İdarəsindən APA-ya faktı təsdiqləsələr də, ölənlərin dəqiq sayının hələlik məlum olmadığını bildirib.

İ. İsrafil qəza yerindən çəkdiyi fotoları APA-ya təqdim edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR