Sabah Vyanada İranla “altılıq” ölkələri arasında növbəti nüvə müzakirələri başlayacaq

Sabah Vyanada İranla “altılıq” ölkələri arasında növbəti nüvə müzakirələri başlayacaq
# 12 may 2014 12:22 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. Sabah İranla “altılıq” ölkələri arasında növbəti nüvə müzakirələri başlayacaq.

APA-nın “Fars” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, danışıqlar yekun nüvə razılaşmasının mətninin yazılması məqsədilə BMT-nin Vyanadakı qərargahında keçiriləcək.

Müzakirələr Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Ketrin Eşton və İran xarici işlər naziri Məhəmməd Cavad Zərifin rəhbərliyi altında baş tutacaq. Mayın 13-də M.C.Zərif və K.Eşton işgüzar şam yeməyində bir araya gələcəklər. Mayın 14-16-da İran və “altılıq” ölkələri arasında üç gün müddətində ümumi və təkbətək danışıqlar keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR