Azərbaycanda qadınları fahişəliyə cəlb edən 2 nəfər tutulub

Azərbaycanda qadınları fahişəliyə cəlb edən 2 nəfər tutulub
# 20 noyabr 2013 10:12 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Azərbaycanda qadınları fahişəliyə cəlb edən 2 nəfər tutulub.

APA-nın Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində Yevlax rayon sakini Təranə Qarayevanın gəlir əldə etmək məqsədilə qadınları Türkiyəyə aparıb cinsi istismara məruz qoyması müəyyən edilib.

İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində gəlir əldə etmək məqsədilə qadınları fahişəliyə cəlb etdiyinə görə Bakı şəhər sakini Suqra Tağızadə saxlanılıb.

Quba Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində gəlir əldə etmək məqsədilə qadınları fahişəliyə cəlb etdiyinə görə Xaçmaz rayon sakini Sevil Abdurrəhmanova saxlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR