Bakıda MBA və magistratura proqramları üzrə təhsil sərgisi keçiriləcək

Bakıda MBA və magistratura proqramları üzrə təhsil sərgisi keçiriləcək
# 10 oktyabr 2013 13:29 (UTC +04:00)

Bakı. Aynur Əliyeva – APA-Economics. Oktyabrın 26-da Bakıda dünyanın bir sıra məşhur biznes məktəblərinin qatıldığı «Access MBA» sərgisi keçiriləcək. Sərgidə individual olaraq Avropa və Şimali Amerikanın biznes məktəblərinin nümayəndələri ilə görüşmək imkanı yaradılacaq, həmçinin interaktiv diskussiyaların təşkil olunması nəzərdə tutulur.

GRBS Beynəlxalq Tədris Mərkəzindən «APA-Economics»ə verilən məlumata görə, sərgi «Hyatt Regency Baku» otelində saat 09:30-dan 16:00-dək MBA, saat 12:30-dan 17:30-dək isə magistratura təhsil pilləsi üzrə təşkil olunacaq.

Sərgidə iştirak etmək istəyənlər aşağıdakı keçidlərdən istifadə edərək, qeydiyyatdan keçməlidir:

MBA: http://www.accessmba.com/?id=3267&ui=6M7IW21379942706

Magistratura: http://www.accessmasterstour.com/?id=939&ui=M7E*SG1379942740

Qeyd edək ki, «Access MBA» Fransada yerləşən «Advent Group» şirkətinin layihəsidir. Şirkət hər il Avropa, Yaxın Şərq, Şimali və Cənubi Amerikada bir çox sərgilər təşkil edir. Ümumilikdə, «Access MBA» hər il dünyanın 60-a yaxın sərginin təşkilatçısıdır.

Dünya miqyasında tanınan «INSEAD», «Duke», «HEC Paris», «IESE Executive MBA», «London Business School», «Queens School of Business», «IE Business School», «ESADE Business School», «Azerbaijan Diplomatic Academy», «Hult IBS», «Henley», «IE Business School Cass», «Vlerick» və digər məktəblər «Access MBA»nin sərgisinə qatılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR