Lənkəranda baş verən yol qəzasında iki avtomobilə ciddi ziyan dəyib

Lənkəranda baş verən yol qəzasında iki avtomobilə ciddi ziyan dəyib
# 04 iyul 2013 06:43 (UTC +04:00)

Lənkəran. Ağəddin Babayev - APA. Lənkəranda yol-nəqliyyat qəzası baş verib. APA-nın cənub bürosunun məlumatına görə, hadisə iyulun 4-də saat 1.00 radələrində şəhərin Şəhidlər xiyabanı ərazisində qeydə alınıb.

Hələlik sürücülərin adı məlum olmayan qəzada “VAZ-2107” və “Mercedes” markalı avtomaşınlar toqquşub.

Əsas yola çıxmaq istəyən “VAZ-2107” markalı avtomaşın Ləvəngi dairəsi istiqamətində hərəkətdə olan “Mercedes” tərəfindən vurulub. Yüksək sürət və güclü zərbə avtomaşınları qəza baş verən yerdən 15-20 metr irəli sürüyüb.

Xəsarət alan olmasa da, hər iki avtomobilə ciddi ziyan dəyib. Sürücülər və onların yaxınları qəzada bir-birini günahlandırıblar.

Hadisə yerinə gələn yol polisi bölməsinin əməkdaşları dərhal avtoqəzanın ekspertizasına başlayıblar.

Qəzanın dəqiq səbəbləri avtoekspertizanın verəcəyi rəydən sonra bilinəcək.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR