İran "Əl-Qaidə"yə qarşı mübarizədə İraqa yardım etməyə hazırdır

İran "Əl-Qaidə"yə qarşı mübarizədə İraqa yardım etməyə hazırdır
# 06 yanvar 2014 08:09 (UTC +04:00)

Bakı-APA. İran “Əl-Qaidə” qruplaşmasına qarşı mübarizədə İraqa yardım etməyə hazırdır. APA-nın “Fars” agentliyinə istinadən verdiyi məlumata görə, belə bir bəyanatla İran Silahlı Qüvvələrinin Baş Qərargahının nümayəndəsi Məhəmməd Hicazi çıxıs edib.

O bildirib ki, Tehran Bağdada hərbi məsləhət və maddi-texniki sahədə yardım edə bilər.

“Əgər hərbi məsləhətlərə ya maddi-texniki təminata ehtiyac yaransa, biz İraqa istənilən halda kömək etməyə hazırıq”, - deyə o vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR