«Unibank»ın daha bir lotereyasının qalibləri müəyyənləşib

«Unibank»ın daha bir lotereyasının qalibləri müəyyənləşib
# 12 sentyabr 2013 12:25 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Azərbaycanın «Unibank» ASC_nin «Kreditinizi ödəyin və qazanın» adlı tirajlı stimullaşdırıcı lotereyasının qalibləri məlum olub. Bankdan «APA-Economics»ə verilən məlumata görə, 3 ay davam edən lotereya oyununun uduş fondunda 46 min kredit ödəyicisi 70 770 şansla iştirak edib.

Ümumi uduş fondu 5 min manat olan lotereyada, elektron püşkatma qaydasında açıqlanan nəticələrə əsasən, 50 qalib hərəsi 100 manat qazanıb.

Lotereyanın şərtlərinə görə, bu kampaniyada iyunun 24-dən avqustun 31-dək «Unibank»a kredit ödənişlərini ölkə üzrə «Azərpoçt» filiallarından, «MilliÖn» ödəniş məntəqələrindən və online formada (unibank.az və hesab.az saytlarında) həyata keçirən müştərilər iştirak ediblər. Lotereyanın şərtləri bu müddətdə «Unibank» filiallarında və bankın «cash-in»lərində aparılan kredit ödənişlərinə şamil edilməyib.

Qeyd edək ki, oyunun keçirildiyi aylar ərzində hər kredit müqaviləsi üzrə aparılan ödənişlər 1 şans kimi qəbul edilib. Müştəri bir kredit müqaviləsi üzrə hər ay (iyun-avqust ayları) ödəniş edibsə, maksimum 3 şansı olub.

Qaliblər sentyabrın 16-da saat 11:00-da «Unibank»ın R.Behbudov,55 ünvanında yerləşən baş ofisinə dəvət olunacaq və mükafatlar təqdim ediləcək. Artıq qaliblər bank tərəfindən məlumatlandırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR