Gürcüstanın bəzi kurort əraziləri su altında qalıb

Gürcüstanın bəzi kurort əraziləri su altında qalıb
# 19 avqust 2013 08:33 (UTC +04:00)

Bakı. Şamil Əlibəyli – APA. Gürcüstanın qərbində yağan aramsız yağışlar nəticəsində bir çox kurort əraziləri su altında qalıb. APA-nın “Georgia Online” saytına istinadən verdiyi məlumata görə, yağışlardan daha çox Ureki şəhəri ziyan çəkib. Şəhərə aparan yolda sürüşmə baş verib, yollar bağlanıb.

Ozurgeti şəhər rəhbəri Kote Şaraşenidze bildirib ki, xilasedicilər yerli əhaliyə yardım göstərməyə davam edir. Eyni zamanda qonşu regionlardan da xilasedicilər, texnika cəlb olunub. Dəymiş ziyanın miqdarı hələ hesablanmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR