Elmar Məmmədyarov Böyük Britaniya Parlamentində “Azərbaycanın dostları” qrupunun üzvləri ilə görüşüb - VİDEO

Elmar Məmmədyarov Böyük Britaniya Parlamentində “Azərbaycanın dostları” qrupunun üzvləri ilə görüşüb - <span style="color: red;">VİDEO
# 03 sentyabr 2013 15:02 (UTC +04:00)

Avropa Azərbaycan Cəmiyyətindən APA-ya verilən məlumata görə, bu görüş nazirin Böyük Britaniyanın xarici işlər naziri Uilyam Heyq ilə görüşündən əvvəl baş tutub. Görüş parlamentin üzvü, Enerji və İqlim Dəyişikliyi üzrə xüsusi komitənin üzvü, Britaniya-Azərbaycan dostluq qrupunun rəhbəri Kristofer Pinçerin sədrliyi altında keçirilib.

Şotlandiya Milli Partiyasınln üzvü Anqus Makneyl, muhafizəkar parlamentar, Ətraf Mühit üzrə katibin Şəxsi Köməkçisi David Burrous, mühafizəkar Lord Flayt və Lordlar Palatasının keçmiş Liberal Demokrat lideri Lord Addinqton da həmçinin görüşdə iştirak edib.

Görüş Chatham House qurumunun qaydasına əsasən keçirilib. Görüşdə Böyük Britaniyanın Azərbaycana investisiya qoyması, enerji təhlükəsizliyi, Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunun inkişafı, korrupsiya əleyhinə tədbirlər, dini azadlıq, Azərbaycanın BMT-nin Təhlükəsizlik Şurasına sədrlik etməsi ilə bağlı mövzular qaldırılıb.

Görüş Avropa Azərbaycan Cəmiyyətinin (AAC) katiblik etdiyi Böyük Britaniya Parlamentində Azərbaycanın dostları qrupu tərəfindən təşkil edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR