ABŞ-ın Azərbaycandakı səfiri ADU-da amerikalı tələbələrlə görüşüb - FOTO

ABŞ-ın Azərbaycandakı səfiri ADU-da amerikalı tələbələrlə görüşüb - <span style="color: red;">FOTO
# 13 iyun 2014 10:27 (UTC +04:00)

Bakı. Anaxanım Hidayətova – APA. ABŞ-ın ölkəmizdəki səfiri Riçard Morninqstar Azərbaycan Dillər Universitetində (ADU) Azərbaycan dilini öyrənən amerikalı tələbələrlə görüşüb.

APA–nın məlumatına görə, görüşdə çıxış edən ADU–nun rektoru, millət vəkili Səməd Seyidov bildirib ki, bu proqram amerikalı tələbələrə Azərbaycan dilini inkişaf etdirməklə yanaşı ölkəmizlə yaxından tanış olmaq imkanı yaradır.

O həmçinin qeyd edib ki, sentyabrda təmirdən sonra universitet nəzdində daha müasir Amerika Mərkəzi fəaliyyətə başlayacaq. İkitərəfli münasibətlərdən danışan rektor bildirib ki, Azərbaycanla ABŞ-ın enerji, geosiyasət, demokratiya və digər sahələri əhatə edən birgə maraqları var.

R. Morninqstar isə bu cür proqramların ikitərəfli münasibətlərin genişləndirilməsi baxımından vacibliyini vurğulayıb. Diplomat qeyd edib ki, Azərbaycan ABŞ-ın yaxın tərəfdaşıdır və belə proqramlar gələcəkdə iki xalqın bir-birini daha yaxşı anlaması üçün kömək edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR