Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri bahalaşıb

Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri bahalaşıb
# 09 sentyabr 2013 10:58 (UTC +04:00)

Bakı. Aynur Əliyeva – APA-Economics. Azərbaycan Dövlət Statistika Komitəsi bu ilin avqust ayında satılmış kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətlərini açıqlayıb. Komitədən «APA-Economics»ə verilən məlumata görə, avqust ayında satılmış kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri əvvəlki ayla müqayisədə 0,8%, o cümlədən diri heyvanlar və heyvandarlıq məhsullarının istehsalçı qiymətləri 2,3% bahalaşıb, birillik bitkilərin istehsalçı qiymətləri 0,7%, çoxillik bitkilərin istehsalçı qiymətləri isə 0,4% ucuzlaşıb.

Məlumatda bildirilir ki, birillik bitkilərdən buğdanın istehsalçı qiymətləri 0,8%, qarğıdalının 0,2%, arpanın 2,5%, xiyarın 2,3%, quru otun istehsalçı qiymətləri 5,6% bahalaşıb. Pomidorun istehsalçı qiymətləri 0,6%, badımcanın 6,8%, yaşıl lobyanın 6,6%, kələmin 0,5%, göyərtilərin 0,2%, baş soğanın 1%, qarpız və yemişin istehsalçı qiymətləri isə 22,6% ucuzlaşıb. Çoxillik bitkilərdən limonun istehsalçı qiymətləri 0,9%, çiyələyin istehsalçı qiymətləri 0,1% bahalaşıb, armudun istehsalçı qiymətləri 0,1%, şaftalının 2,2%, alçanın 0,1%, qoz və fındığın istehsalçı qiymətləri isə müvafiq olaraq 0,3% və 4,8% ucuzlaşıb.

Qeyd edək ki, keçən ay heyvanlar və heyvandarlıq məhsullarından mal ətinin (diri çəkidə) istehsalçı qiymətləri 0,7%, südün 0,6%, diri qoyun və keçilərin 0,5%, diri ev quşlarının 2,1%, yumurtanın istehsalçı qiymətləri isə 34,4% bahalaşıb. Bu bahalaşma ilə yanaşı ay ərzində inəyin istehsalçı qiymətləri 0,3%, camışın 0,6%, quş ətinin (diri çəkidə) istehsalçı qiymətləri isə 1,5% ucuzlaşıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR