Ceyhan limanından Azərbaycan neftinin ixracı yanvarda 6% azalıb

Ceyhan limanından Azərbaycan neftinin ixracı yanvarda 6% azalıb
# 07 fevral 2014 09:30 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu ilin yanvar ayı ərzində 2 208 677 ton Azərbaycan nefti Ceyhan limanından (Aralıq dənizi, Türkiyə) dünya bazarlarına çıxarılıb.

Azərbaycan Dövlət Neft Şirkətindən «APA-Economics»ə verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 5,7% azalma deməkdir.

Bu həcmin 1 592 040 tonunu Azərbaycan Dövlət Neft Fondunun nefti təşkil edib.

Ümumiyyətlə, BTC istismara verilən gündən bu il fevral ayının 1-ə qədər Ceyhan limanından 235 352 591 ton Azərbaycan nefti dünya bazarlarına yola salınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR