Dövlət Gömrük Komitəsinin sədri Tovuzda vətəndaşları qəbul edəcək

Dövlət Gömrük Komitəsinin sədri Tovuzda vətəndaşları qəbul edəcək
# 18 oktyabr 2013 10:16 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev Tovuzda vətəndaşlarla görüşəcək.

Dövlət Gömrük Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Komitənin sədri, gömrük xidməti general-leytenantı A.Əliyev oktyabrın 25-də saat 08:30-dan etibarən Tovuz Gömrük İdarəsinin inzibati binasında bu bölgədən olan vətəndaşları qəbul edəcək.

Qəbulda Tovuz, Ağstafa, Qazax, Gədəbəy və Şəmkir rayonlarının sakinlərinin gömrük məsələləri ilə bağlı müraciətləri dinləniləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR