Təbrizli gənc Suriyada öldürülüb - FOTO

Təbrizli gənc Suriyada öldürülüb - <span style="color: red;">FOTO
# 23 yanvar 2014 11:44 (UTC +04:00)

Bakı. Real Cəfərli – APA. İran İslam İnqilabı Keşikçiləri Korpusunun (“Sepah”) üzvü olan azərbaycanlı Suriyada qətlə yetirilib. APA-nın “Öyrənci səsi”nə istinadən verdiyi məlumata görə, Mahmud Beyzayi (Hüseyn Nüsrəti) İranın Şərqi Azərbaycan vilayətinin mərkəzi Təbriz şəhərindəndir. 26 yaşlı gəncin Suriya prezidenti Bəşər Əsəd hökumətinə dəstək vermək məqsədilə bu ölkəyə göndərildiyi, ancaq müxaliflərlə döyüşdə öldürüldüyü bildirilir.

İranın “Səhər” telekanalı M. Beyzayinin Suriyada Həzrəti Zeynəbin (ə) müqəddəs ziyarətgahı uğrunda gedən döyüşlərdə həlak olduğunu açıqlayıb. Onun ailəsi Təbrizdə yaşayır və bir yaşlı qızı var. M. Beyzayinin cənazəsi yanvarın 22-də Təbrizə gətirilərək dəfn edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR