Azərbaycana idxal olunan bəzi neft məhsulları 2014-cü ilədək ƏDV-dən azad olacaq

Azərbaycana idxal olunan bəzi neft məhsulları 2014-cü ilədək ƏDV-dən azad olacaq
# 10 iyul 2013 14:11 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov - APA-Economics. Nazirlər Kabineti Azərbaycan ərazisinə gətirilən, əlavə dəyər vergisindən azad olunan malların siyahısına dəyişiklik edib. Bu barədə “APA-Economics”ə Nazirlər Kabinetindən məlumat verilib.

Dəyişikliklə "Azərbaycan Respublikasının ərazisinə gətirilən, əlavə dəyər vergisindən azad olunan digər malların siyahısı"a neft koksu, neft bitumu və neftin və ya neft məhsullarının emalından qalan, o cümlədən bitumlu minerallardan alınmış digər qalıqlar əlavə olunub.

Qərar 2014-cü ilin yanvarın 1-dək qüvvədə olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR