Gəncə şəhər sakini özünü bıçaqlayıb

Gəncə şəhər sakini özünü bıçaqlayıb
# 28 oktyabr 2013 08:07 (UTC +04:00)

Gəncə. Azər Məmmədli – APA. Gəncə şəhərində bıçaqlanma hadisəsi baş verib. Gəncə şəhər Kəpəz rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, şəhər sakini, 26 yaşlı Mahir Bayramov yaşadığı evdə qarın nahiyəsindən bıçaqlanaraq şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Təcili aparılan əməliyyat zamanı onu xilas etmək mümkün olub. Hazırda M.Bayramovun vəziyyətinin normal olduğu bildirilir. Polis əməkdaşlarının apardıqları araşdırma zamanı məlum olub ki, M. Bayramov evdə böyük qardaşının ona tutduğu iradlardan əsəbiləşərək özünü bıçaqlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR