İranda 12 nəfər edam edilib

İranda 12 nəfər edam edilib
# 15 yanvar 2014 11:21 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. İranın Əlborz vilayətində 7 nəfər edam edilib. APA-nın məlumatına görə, məhbuslar qətldə günahlandırılaraq dara çəkiliblər.

Onlardan yalnız beşinin adını dəqiqləşdirmək mümkün olub. Bunlar Fəriborz Muradi, İbad Məhəmmədi, Rza İnanlu, Xəlil Muradi və Muxtar Babadidir. Qərar İran Ali Məhkəməsi tərəfindən təsdiqləndikdən sonra yanvarın 14-də səhər saatlarında Kərəc şəhərinin Rəcayişəhr həbsxanasında icra olunub.

Bundan əlavə, İranın Fars vilayətində 5 nəfər edam edilib. Məhbuslar narkotik maddələrin qaçaqmalçılığında ittiham edilərək dara çəkiliblər. Onların ad və soyadları açıqlanmayıb. Qərar İran A li Məhkəməsi tərəfindən təsdiqləndikdən sonra yanvarın 14-də səhər saatlarında Şiraz şəhərinin Adilabad həbsxanasında icra edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR