Pakistanda törədilmiş iki terror aktı nəticəsində ən azı 19 nəfər ölüb

Pakistanda törədilmiş iki terror aktı nəticəsində ən azı 19 nəfər ölüb
# 14 mart 2014 20:31 (UTC +04:00)

APA-nın “İnterfaks” agentliyinə istinadən verdiyi xəbərə görə, Peşəvərdə terrorçu-kamikadze polis maşınının yaxınlığında partlayıcı qurğunu işə salıb, nəticədə 9 nəfər ölüb.

Kvettada velosipeddə quraşdırılan bomba Pakistan təhlükəsizlik qüvvələrinin keçdiyi anda partladılıb, nəticədə 10 nəfər ölüb, 31 nəfər xəsarət alıb.

Terror aktlarına görə məsuliyyəti az tanınan “Əhrar-ul-Hind” təşkilatı öz üzərinə götürüb.

Qeyd edək ki, ötən həftə Pakistan hökuməti və taliblər arasında sülh danışıqları bərpa olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR