“TRT Türk” kanalında AXC-nin 95 illik yubileyi qeyd olunacaq

“TRT Türk” kanalında AXC-nin 95 illik yubileyi qeyd olunacaq
# 23 may 2013 13:17 (UTC +04:00)

Bakı. Xanım Nağıyeva - APA. “TRT Türk” kanalının “Doğudan Batıya” verilişi Azərbaycanın Mədəniyyət kanalı ilə birgə yayımlanacaq.

TRT-nin Bakı nümayəndəliyindən APA-ya verilən məlumata görə, 90 dəqiqəlik canlı yayım Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 95 illiyinə həsr olunub.

Verilişin ssenari müəllifi və rejissoru Yeşim Kazaoğlu, aparıcısı Erhan Konukdur. Proqrama xalq artistləri Brilliant Dadaşova, Samir Cəfərov, əməkdar artist İlqar Muradov, balaban ustası Əlixan Səmədov və başqaları dəvətlidir.

“Doğudan Batıya’’ verilişi mayın 28-də Bakı vaxtı ilə 00.30-da “TRT Türk” və “Mədəniyyət” kanalında ortaq yayımla ekranlara gələcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR