Misir Mərdanov Türk Dünyası Riyaziyyat Cəmiyyətinin fəxri prezidenti seçilib - FOTO

Misir Mərdanov Türk Dünyası Riyaziyyat Cəmiyyətinin fəxri prezidenti seçilib - <span style="color: red;">FOTO
# 10 iyun 2014 13:43 (UTC +04:00)

Bakı - APA. Qırğızıstanda (İssık-Kul) Türk Dünyası Riyaziyyat Cəmiyyətinin V konqresi keçirilib.

AMEA-nın Riyaziyyat və Mexanika İnstitutundan APA-ya verilən məlumata görə, Konqresdə dünyanın 20 ölkəsindən 300-ə yaxın riyaziyyatçı alim iştirak edib.

Tədbirdə Azərbaycandan Türk Dünyası Riyaziyyat Cəmiyyətinin prezidenti, AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun direktoru, professor Misir Mərdanov, BDU-nun Tətbiqi Riyaziyyat İnstitutunun direktoru, cəmiyyətin vitse-prezidenti Fikrət Əliyev, həmin institutun professoru, cəmiyyətin İdarə Heyətinin üzvü Yusif Qasımov, MDU-nun Bakı filialının professoru, İdarə Heyətinin üzvü Azad Tağızadə və başqaları iştirak edib.

Qeyd edək ki, 2011-ci ildə cəmiyyətin Bakıda keçirilən IV konqresində fizika-riyaziyyat elmləri doktoru, professor Misir Mərdanov cəmiyyətin prezidenti seçilib. O, Qırğızıstanda keçirilən konfransda cəmiyyətin 3 illik fəaliyyəti haqqında tədbir iştirakçılarına ətraflı məlumat verib.

Türk Dünyası Riyaziyyat Cəmiyyəti V konqresinin bağlanış iclasında qarşıdan gələn 3 il müddətinə Qırğızıstan Elmlər Akademiyasının akademiki Altay Borubayev cəmiyyətin prezidenti, Misir Mərdanov cəmiyyətin fəxri prezidenti, akademik Fikrət Əliyev cəmiyyətin vitse-prezidenti, professor Azad Tağızadə və Yusif Qasımov idarə heyətinin üzvü seçiliblər.

Konqresdə Türk Dünyası Riyaziyyat Cəmiyyətinin növbəti konqresinin 2017-ci ilin yayında Qazaxıstanın Astana şəhərində keçirilməsi qərara alınıb. Fərqli dillərdə riyaziyyat terminləri sözlüyünün hazırlanması üçün prof. Hasan Hilmi Hacısalihoğlunun rəhbərliyi ilə 4 nəfərdən ibarət Komissiya yaradılıb. Azərbaycandan AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun professoru Məmməd Bayramoğlu həmin komissiyanın üzvü seçilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR