Zakir Qaralov Qusarda vətəndaşları qəbul edib - FOTO

Zakir Qaralov Qusarda vətəndaşları qəbul edib - <span style="color: red;">FOTO
# 14 mart 2014 12:06 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Baş prokuror Zakir Qaralov Qusarda vətəndaşları qəbul edib. Baş Prokurorluğun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Qusar rayon Prokurorluğunun inzibati binasında baş tutan qəbulda Qusar, Quba, Xaçmaz, Şabran və Siyəzən rayonlarından olan vətəndaşlar iştirak edib.

Baş Prokurorluğun məsul əməkdaşlarının, habelə əlaqədar tabe prokurorların iştirakı ilə keçirilən qəbulda baş prokuror bölgədə yaşayan 30-a yaxın vətəndaşın müraciətlərində qaldırılan və bilavasitə prokurorluq orqanlarının səlahiyyətlərinə aid olan məsələlər üzrə onların qanunauyğun, dərhal və operativ şəkildə həll edilməsi üçün Baş Prokurorluğun əlaqədar struktur qurumlarının rəhbərlərinə və tabe rayon prokurorlarına müvafiq göstərişlər verib.

Gün ərzində Baş prokuror tərəfindən qəbul edilən vətəndaşların müraciətlərinin böyük əksəriyyəti elə yerindəcə öz həllini tapıb.

Eyni zamanda, qeyd edilən rayonların prokurorlarının iştirakı ilə müşavirə keçirilməklə bölgədə ictimai-siyasi sabitliyin daha da möhkəmləndirilməsi, cinayətkarlığa qarşı mübarizənin səmərəliliyi və kəsərliliyinin artırılması üçün konkret tapşırıqlar verilib, vətəndaşların müraciətlərinə obyektiv baxılması və onların qəbulu işinin düzgün təşkilinə görə tabe prokurorların fərdi məsuliyyət daşımaları onların diqqətinə çatdırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR