Ukrayna üzrə dördtərəfli görüş aprelin 17-də Cenevrədə baş tuta bilər

Ukrayna üzrə dördtərəfli görüş aprelin 17-də Cenevrədə baş tuta bilər
# 10 aprel 2014 22:31 (UTC +04:00)

Bakı-APA. Avropa Birliyi, ABŞ, Ukrayna və Rusiya nümayəndələrinin görüşü aprelin 17-də Cenevrədə baş tuta bilər. APA-nın “İnterfaks”a istinadən verdiyi xəbərə görə, bu barədə EFE agentliyinə İsveçrədəki rəsmi mənbə bildirib.

“Bu görüşün təşkili ilə bağlı diskussiyalar aparılır”, deyə mənbə bildirib.

Görüşdə müzakirə olunacaq məsələlər arasında Ukraynadakı böhranın nizamlanması və bu ölkədə konstitusiya islahatıdır.

Qeyd edək ki, Rusiya görüşdə Ukraynanın cənub və şərq bölgələrinin nümayəndələrinin də iştirak etməsini tələb edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR