Elnur Aslanov: “Ermənistandan konstruktiv mövqe və rasional yanaşma gözləyirik” - VİDEO

Elnur Aslanov: “Ermənistandan konstruktiv mövqe və rasional yanaşma gözləyirik” - <span style="color: red;">VİDEO
# 07 noyabr 2013 07:49 (UTC +04:00)

APA-nın məlumatına görə, bu sözləri jurnalistlərə açıqlamasında Azərbaycan Prezident Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov deyib.

E. Aslanov təəssüflə bildirib ki, Ermənistan müxtəlif dövlət rəsmiləri səviyyəsində dəfələrlə öz qeyri-konstruktiv mövqeyini ifadə edir və ümumiyyətlə, öz siyasəti ilə bölgədə artıq bir xərçəng şişi rolunu oynamağa başlayıb: "Baxmayaraq ki, Ermənistan həm iqtisadi cəhətdən çox çətin bir vəziyyətdədir, həm də siyasi cəhətdən öz qeyri-ardıcıl siyasəti ilə həm Şərqi, həm Qərbi, həm də digər dövlətləri təəccübləndirməyə davam edir, təbii ki, bu məsələlərdə biz Ermənistandan daha konstruktiv addımlar, daha konstruktiv mövqe, daha rasional yanaşma gözləyirik. Güman edirik ki, həmsədrlərin bəyan etdiyi görüşdən sonra Ermənistan öz acınacaqlı vəziyyətini anlayaraq bölgədə daha konstruktiv mövqe tutmağa çalışacaq".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR