Biləsuvar rayon sakini kanalda batıb

Biləsuvar rayon sakini kanalda batıb
# 16 iyul 2013 07:18 (UTC +04:00)

Biləsuvar. Ağəddin Babayev-APA. Biləsuvar rayon sakini suda batıb. Bu barədə APA-nın Cənub bürosuna Biləsuvar Rayon Polis Şöbəsinin növbətçi hissəsindən məlumat verilib. Məlumata görə, rayonun Əmənəbad kənd sakini, 1992-ci il təvəllüdlü Nadir Adil oğlu İsayev iyulun 15-də rayonun Səmədabad kəndində nəzarət olunmayan suvarma kanalında çimərkən boğulub. Hadisə yerinə cəlb olunan Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri hazırda N. İsayevin meyitinin kanaldan tapılaraq çıxarılması istiqamətində tədbirləri davam etdirirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR