Azərbaycanda qeydiyyatda olan narkomanların sayı açıqlanıb

Azərbaycanda qeydiyyatda olan narkomanların sayı açıqlanıb
# 03 iyul 2013 08:59 (UTC +04:00)

APA-nın xəbərinə görə, bunu Respublika Narkoloji Mərkəzinin (RNM) şöbə müdiri, həkim-narkoloq Afət Məmmədova deyib.

O bildirib ki, ötən il RNM-ın stasionarlarına qəbul olunan 2105 nəfər xəstədən 568 nəfəri, o cümlədən 44 nəfər qadın və 524 nəfər kişi narkomaniya diaqnozu ilə daxil olub.

Şöbə müdirinin sözlərinə görə, RNM-də müayinə və müalicə olunan bütün xəstələr İİV/QİÇS-ə, həmçinin hepatit B və C infeksiyalarına, sifilisə görə müayinə olunur: “2012-ci il ərzində respublika, şəhər və rayon narkoloji dispanserlərinin qeydiyyatında 2239 nəfərin qanı İİV-ə görə müayinə edilib, onlardan 32-də yoluxma faktı təsdiq olunub. Mərkəzdə yaradılmış İİV infeksiyası üzrə könüllü məsləhət və müayinə məntəqəsində ötən ilə ərzində 1642 nəfər müayinədən keçib, 64 nəfərdə İİV yoluxması aşkar olunub”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR